"Xocalı qatili" DİNDİRİLDİ
    • 17-11-2023, 09:34
    • 211

"Xocalı qatili" DİNDİRİLDİ

Ermənistan Milli Təhlükəsizlik Xidməti qondarma rejimin "Təhlükəsizlik Şurasının keçmiş katibi" Vitali Balasanyanı dindirib.

News24.az APA-ya istinadən bildirir ki, o, polkovnik Norayr Aslanyanın cinayət işi çərçivəsində dindirilib.

Xatırladaq ki, Norayr Aslanyan 5 aydır ki, həbsdədir. O, qanunsuz silah dövriyyəsində ittiham olunur.