Ramzan Kadırovun oğlu yeni mükafatlar aldı - VİDEO
    • 17-11-2023, 12:12
    • 131

Ramzan Kadırovun oğlu yeni mükafatlar aldı - VİDEO

Ramzan Kadırovun oğlu Adam Kadırov iki yeni mükafat alıb.

News24.az xəbər verir ki, bu barədə Çeçenistanın milli siyasət və xarici əlaqələr naziri Əhməd Dudayev Telegram kanalında məlumat verilib.

Bildirilib ki, Çeçenistan rəhbərinin oğlu, 15 yaşlı Adam Kadırov "Rusiyanın Əmək Şücaəti" ordeni və 1-ci dərəcəli Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinin inkişafına töhfəyə görə medalla təltif olunub.

Aynurə