Ramzan Kadırovun oğlu yeni MÜKAFAT ALDI
    • 15-11-2023, 13:52
    • 242

Ramzan Kadırovun oğlu yeni MÜKAFAT ALDI

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu, 15 yaşlı Adam Kadırov yeddinci mükafatı alıb.

News24.az xəbər verir ki, bu barədə Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev Telegram kanalında məlumat verib.

Bildirilib ki, o,  bu dəfə respublikanın müftisi Salah Mejiyev onu 1-ci dərəcəli “İslam dininə xidmətə görə” ordeni ilə təltif edib. 

Onun sözlərinə görə, mükafatlandırma mərasimində Şimali Qafqazın bütün bölgələrinin müftiləri, eləcə də digər ölkələrin din xadimləri iştirak ediblər. 

Aynurə