"S-400 paltaryuyan maşındır?" - Nazirdən deputata cavab
    • 17-11-2023, 13:57
    • 109

"S-400 paltaryuyan maşındır?" - Nazirdən deputata cavab

Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər parlamentdə 2024-cü il büdcəsi ilə bağlı keçirilən dinləmələrdə deputatların suallarını cavablandırıb.

News24.az "Unikal"a istinadən xəbər verir ki, Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərinin istifadəsi ilə bağlı müzakirələr zamanı Cümhuriyyət Xalq Partiyasından (CHP) deputat Vəli Ağbaba nazirə sual verib: "Niyə S-400-dən istifadə etmirik?"

Nazir deputata cavabında deyib: "Onları harada istifadə etməliyik? S-400 paltaryuyan maşındır? Xahiş edirəm, hər mövzuda danışmağa ehtiyac yoxdur. S-400-dən istifadə etmək zərurəti yarandıqda biz düyməni basacağıq və bütün maraqlı tərəflər bundan sonra nə olacağını görəcəklər".