-
- Bu gün, 09:10
- 75
“Bavariya”da onun ruhu şad olacaq
ünxenin “Bavariya” klubu sabiq futbolçusu, bu ilin yanvarında dünyasını dəyişən Frans Bekkenbauerin xatirəsinə əfsanələr turniri təşkil edəcək.
News24.az klubun saytına istinadla xəbər verir ki, “Bavariya” klubunun təsis olunmasının 125 illik yubileyi çərçivəsində keçiriləcək “Bekkenbauer Kuboku” turnirinə rekord çempionlarla yanaşı, “Real Madrid”, “Milan”, “Borussiya Dortmund”, “Ştutqart” və adı hələ açıqlanmayan daha bir klub da qatılacaq.
Xatirə turniri martın 17-də Münxendə təşkil olunacaq. Turnirdən əldə olunacaq gəlir əfsanəvi futbolçunun 1982-ci ildə təsis etdiyi Frans Bekkenbauer Fonduna veriləcək.
Xatırladaq ki, alman və dünya futbolunun əfsanələrindən olan Frans Bekkenbauer 2024-cü il yanvarın 7-də 78 yaşında vəfat edib.