TƏCİLİ!!! Baş nazirin müavini Qəzzada ÖLDÜRÜLDÜ - FOTO
    • 17-11-2023, 15:30
    • 312

TƏCİLİ!!! Baş nazirin müavini Qəzzada ÖLDÜRÜLDÜ - FOTO

Fələstin Qanunvericilik Şurasının sədr müavini Əhməd Bahar Qəzzada aldığı xəsarətlərdən dünyasını dəyişib.

News24.az "Unikal"a istinadla xəbər verir  ki, bu barədə Fələstinin "Maan" agentliyi məlumat yayıb.

Bildirilir ki, Bahar radikal islamçı HƏMAS hərəkatının rəhbərliyinin üzvü olub  Agentlik Fələstin parlamentinin sədr müavininin harada və nə vaxt ölümcül xəsarət alması barədə ətraflı məlumat verməyib.

Bahar siyasi fəaliyyəti ilə yanaşı, Qəzza zolağının İslam Universitetində də dərs deyirmiş.

Noyabrın 16-da İsrail Müdafiə Qüvvələrinin (IDF) Baş Qərargah rəisi Herzi Halevi bildirib ki, ölkə əsgərləri Qəzza zolağının şimalında bütün hərbi infrastrukturu məhv etməyə yaxındır. Onun sözlərinə görə, hazırda İsrail qoşunlarının yalnız “bitirməli bəzi işləri” var.