Bu yolda sürət həddi endirilib - RƏSMİ
    • 17-11-2023, 19:10
    • 165

Bu yolda sürət həddi endirilib - RƏSMİ

Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

News24.az xəbər verir ki, bu barədə NİİM məlumat yayıb.

Eyni zamanda məlumat sürət tablolarında "sürüşkən yol" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.