Bakının bu yollarında sürət həddi endirildi
    • 4-01-2020, 20:54
    • 817

Bakının bu yollarında sürət həddi endirildi

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

News24.az BNA-ya istinadən xəbər verir ki, məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir:

Sürücülərdən yollarda sürət həddinə əməl etmələri, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmaları xahiş edilir.

Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir.