"Diqlas" yanğınında zərər çəkmiş sahibkarlara yardımın verilməsinə başlanacaq
    • 3-04-2019, 18:51
    • 1 087

"Diqlas" yanğınında zərər çəkmiş sahibkarlara yardımın verilməsinə başlanacaq

“Diqlas” ticarət mərkəzində baş vermiş yanğından zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi qaydası artıq təsdiqlənib.

News24.az
bildirir ki, ONA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Respublikası Prezidentinin “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla bağlı sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabineti tərəfindən yaradılmış Komissiyanın ilk iclasında Komissiyanın sədri, baş nazirin birinci müavini Yaqub Eyyubov bildirib.

Y. Eyyubov bildirib ki, növbəti təqvim günündən yardımların verilməsinə başlanılacaq.