Ermənistanın Rusiyaya yolu bağlandı
    • 19-11-2023, 15:20
    • 370

Ermənistanın Rusiyaya yolu bağlandı

Ermənistanı Gürcüstandan keçməklə Rusiyaya birləşdirən Yuxarı Lars yolu yük maşınları üçün bağlanıb.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Naziriliyi məlumat yayıb.

Səbəb kimi əlverişsiz hava şəraiti olduğu qeyd edilir.

"Mtsxeta-Stepantsminda-Lars beynəlxalq magistral yolunun Qudauri-Mtsxeta hissəsi qar və aşağı temperatur səbəbindən qoşqulu və yarımqoşqulu avtomobillər üçün bağlanıb", - məlumatda deyilir.