Cəlilabadda yanğında xəsarət alanların - ADLARI AÇIQLANDI

Cəlilabadda yanğında xəsarət alanların - ADLARI AÇIQLANDI Hadisə

Cəlilabad rayonunda evdə baş verən yanğın zamanı xəsarət alanların şəxsiyyəti məlum olub.

News24.az xəbər verir ki, onlar rayonun Buravar kənd sakinləri, 1991-ci il təvəllüdlü Tacəddin Cəfərov və qardaşı, 1993-cü il təvəllüdlü Saməddin Cəfərovdur. Hər iki qardaşın üz, boyun, əlləri və aşağı ətrafları yanıb.

Məlumata görə, onlar evdə baş verən yanğını söndürən zaman xəsarət alıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.