Sabirabadda şagirdləri daşıyan mikroavtobus aşdı – FOTOLAR

Sabirabadda şagirdləri daşıyan mikroavtobus aşdı – FOTOLAR Hadisə

Sabirabadda içərisində 20-yə yaxın şagird olan mikroavtobus aşıb.

News24.az xəbər verir ki, hadisə Sabirabad rayonunun Osmanlı kəndində baş verib.

Şirvandan hazırlıq kursundan şagirdləri evlərinə aparan "Mercedes" markalı mikroavtobusun qarşısına heyvan çıxması nəticəsində yoldan çıxaraq aşdığı bildirilir.

20-yə yaxın şagird avtomobildən çıxarılıb. Məlumata görə, ciddi xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır. (APA)

Sabirabadda şagirdləri daşıyan mikroavtobus aşdı – FOTOLAR Sabirabadda şagirdləri daşıyan mikroavtobus aşdı – FOTOLAR