"İlhamə Quliyeva zəng etdi ki, Gülbaharı efirdən çıxardın"
    • 20-11-2023, 00:44
    • 471

"İlhamə Quliyeva zəng etdi ki, Gülbaharı efirdən çıxardın"

Aparıcı Elgiz Əkbər mərhum Xalq artisti İlhamə Quliyeva ilə Əməkdar artist Gülbahar Şükürlü arasındakı qalmaqaldan danışıb.

News24.az Axşam.az-a istinadla xəbər verir ki,  bu haqda aparıcı "Elgizlə izlə" proqramında danışıb. O bildirib ki, Quliyeva Gülbaharın efirdən uzaqlaşdırılmasına çalışıb:

"Sizə 16 ilin hadisəsini danışıram. Əvvəllər Gülbahar Şükürlü ilə heç bir əlaqəm yox idi. Heç onu görməmişdim. Bəlkə də Gülbahar xanım məni televiziyada görmüşdü elə mən də onu efirdə görmüşdüm. İlhamə Quliyeva mənə zəng edib söylədi ki, gələn həftə efirinə Gülbahar Şükürlünü çağır. Gülbahar gözəl qarmon ustadı və sənətkardır. Razılaşdım və növbəti verilişdə Gülbahar xanımı dəvət elədim. Birinci reklam bloku gedəndən sonra İlhamə Quliyeva zəng edib prodüserimizə. O da qaça-qaça gəlib mənə deyir ki, İlhamə xanım sizinlə təcili danışmaq istəyir. Mən elə düşünürdüm ki, İlhamə xanım mənə Gülbahar Şükürlünü verilişə dəvət etdiyim üçün təşəkkür etməyə zəng vurub. Yüksək səslə mənə söylədi ki, təcili olaraq Gülbahar Şükürlünü çıxart efirdən, o, ona layiq deyil. Dedim ki, tutalım Gülbahar xanımı verilişdən çıxartdım, qarmonu mən çalacağam?