HƏMAS xəbəri təkzib etdi:
    • 20-11-2023, 14:56
    • 263

HƏMAS xəbəri təkzib etdi: "girovlar qaytarılmayacaq"

HƏMAS və İsrail hakimiyyəti noyabrın 20-dən Qəzza zolağında atəşkəs elan ediləcəyi və girovların həmin gün dəyişdirilməsinin planlaşdırıldığı xəbərini təkzib edib.

News24.az xəbər verir ki, bu barədə müvafiq bəyanat HƏMAS-ın şəxsi "Telegram" kanalında dərc olunub.

“Bəzi KİV-lərdə HƏMAS mənbələrinin verdiyi məlumata əsaslanaraq, mübadilə sazişinin bu gündən bağlandığı barədə yayılan məlumatlar həqiqətə uyğun deyil”, - HƏMAS-ın siyasi bürosunun sözçüsü İzat ər-Rişk.

“The Times of Israel” də yazır ki, İsrail hakimiyyəti də bunu təkzib edib.

Qeyd edək ki, bundan əvvəl Amerikanın WSJ telekanalı Misirdəki mənbəsinə istinadən xəbər vermişdi ki, HƏMAS beş günlük atəşkəs müqabilində 50 girovu azad edə bilər.


Ayşən