Rəmişin evini 280 min manata kim satıb?

Rəmişin evini 280 min manata kim satıb?
ŞOU-BİZNES

Baxış: 3 040 \ Tarix: 20-11-2023, 16:36

Mətn ölçüsü

Xalq artisti, mərhum sənətkar Rəmişin (Rafiq Hüseynov) sağlığında yaşadığı evi satılıb. 

News24.az xəbər verir ki, sənətkarın Yasamal rayonu Şərifzadə küçəsi, İnşaatçılar metrosu, "Ağ çiçəyim" şadlıq evinin yaxınlığında yerləşən 3 otaqlı mənzili 280 min manata satılıb. 

"Qaynarinfo" məsələ ilə bağlı mərhumun həyat yoldaşı Gülü ilə əlaqə saxlamağa çalışıb. Lakin Gülü xanım danışmaq istəməyərək, telefonu qapadıb.