"Əgər bu sənəd imzalanarsa, ABŞ öz tərəfdaşını itirəcək" - Səməd Seyidov
    • 21-11-2023, 11:42
    • 145

"Əgər bu sənəd imzalanarsa, ABŞ öz tərəfdaşını itirəcək" - Səməd Seyidov

Əgər Bayden bu akta imza atarsa, bu, ABŞ və Azərbaycan münasibətlərinə ciddi zərbə vuracaq.

News24.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclası zamanı millət vəkili Səməd  Seyidov deyib. 

Millət vəkilinin sözlərinə görə, sənəd imzalanarsa, ABŞ öz tərəfdaşını itirəcək

Azərbaycana qarşı iki cəbhədə müharibə aparılır. Birinci cəbhə hərb meydanında oldu.  Ancaq ikinci cəbhə də açılıb. İkinci cəbhə gələcək baxışlarımıza təcavüzdür. İşğal altında olan biz, ermənilər bizim torpağları işğal edib, ancaq sanksiyanı bizə tətbiq etdilər. Təəssüf ki, Qərb bunu görmək istəmədi. ABŞ-da terror aktı olan zaman ilk olaraq Azərbaycan yardım əlini uzatdı, hava məkanını açdı. Bu yardımlardan yaralanmasına baxmayaraq ABŞ 2002-ci ildən bəri 907-ci düzəlişi etmir. Qərb üçün qırmızı xətt var idi. Bu, Azərbaycanın öz suverenliyini tamamilə bərpası idi. 

Ermənistanın müdafiəsi Azərbaycanın sanksiya altına salınmasından keçirmiş. Bu bəyənatın qəbul edilməsi ədalətsizlik rəmzi olan 907-ci düzəlişi gündəmə gətirmək deməkdir. 

Akt qəbul edildikdən sonra nümayəndələr palatasına göndəriləcək. Sonra Baydenin imzasına təqdim ediləcək. Əgər Bayden buna imza atarsa, ABŞ-Azərbaycan münasibətləri ciddi zərər görəcək. Ancaq bu dəfə fərqli Azərbaycan var. Bu dəfə isə uduzan ABŞ olacaq. Sənəd qəbul edilsə, ABŞ özü özünü regiondan təcrid edəcək. Bütün bunlar biyabrçı və mənasız görünür. Azərbaycan öz yolunu gedəcək. Lakin ABŞ öz tərəfdaşını itirəcək.

Qumral