Məktəbdə şagirdlər zəhərləndi
    • 21-11-2023, 12:01
    • 267

Məktəbdə şagirdlər zəhərləndi

Nijni Novqorodda məktəblilər naməlum maddədən zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

News24.az xəbər verir ki, bu barədə Ni Mash Telegram kanalı məlumat yayıb .

Bildirilib ki, dərsdə üç şagird huşunu itirib, daha yeddi nəfər isə qəfil özünü pis hiss edib.

Uşaqlara kömək etmək üçün hadisə yerinə bir neçə təcili yardım maşını gəlib. 

Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.

Aynurə