Super zənginlər dünyanı necə məhv edir? ARAŞDIRMA
    • 21-11-2023, 12:51
    • 130

Super zənginlər dünyanı necə məhv edir? ARAŞDIRMA

Bəşəriyyətin ən zəngin 1 faizi ən yoxsul yüzdə 66-dan daha çox karbon emissiyasına səbəb olur.

News24.az xəbər verir ki, bu barədə məlumat "The Guardian" qəzetinin hazırladığı "The Great Carbon Divide" adlı hesabatda öz əksini tapıb.

Qlobal iqlim bərabərsizliyi ilə bağlı indiyə qədər aparılan ən əhatəli araşdırmada milyarderlər, milyonçular və ildə 140.000 dollardan çox qazanan 77 milyon nəfərlik bu elit qrupun təkcə 2019-cu ildə bütün karbon emissiyalarının 16 faizindən məsul olduğu müəyyən edilib.

Tədqiqatda həmçinin Amazonun rəhbəri Ceff Bezos, rusiyalı oliqarx Roman Abramoviç, texnologiya milyarderləri Bill Qeyts, Larri Peyc və Maykl Dell, Tesla və sosial media platforması X sahibi İlon Mask və meksikalı iş adamı Karlos, Slim Oxfam-ın iqlim məsələləri üzrə baş müşaviri Chiara Liquori iştirak ediblər.

Liquori  deyub: “Super varlılar planeti məhv edəcək qədər ehtiyatsızdırlar, o qədər ehtiyatsızdırlar ki, ən yoxsullar iqlim böhranından ən yüksək qiyməti ödəyir. İqlim və bərabərsizlik böhranları bir-birini qidalandırır”.

Nəşrin Oxfam, Stokholm Ətraf Mühit İnstitutu və digər mütəxəssislərlə birlikdə hazırladığı araşdırmada dünya əhalisinin təxminən altıda birinə ev sahibliyi edən Afrika qitəsi tullantıların yalnız 4 faizinə cavabdehdir.

Ayşən