Onların axşam evə qayıdıb-qayıtmayacağı məlum deyil - Siyavuş Novruzov
    • 21-11-2023, 12:57
    • 143

Onların axşam evə qayıdıb-qayıtmayacağı məlum deyil - Siyavuş Novruzov

Mina təmizləyənlər evlərindən çıxanda axşam evə qayıdıb-qayıtmayacağı məlum olmur. Bunun müqabilində onların maaşı azdır. Mina təmizləyənlərin maaşı artmalıdır. Bu həm FHN-nin tərkibində fəaliyyət göstərən, həm də Qarabağda fəaliyyət göstərən mina təmizləyənlərə aid edilməlidir. 

News24.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclası zamanı millət vəkili Siyavuş Novruzov təklif edib.

Deputat çıxışı zamanı valideyn himayəsindən məhrum uşaqlardan da danışıb.

Onun sözlərinə görə, uşaq evləri nəzarət altında fəaliyyət göstərməlidir

Müəyyən yaşa çatandan sonra uşaq evlərində qalan şəxslər oranı tərk edir. Uşaq evindən çıxandan sonra həmin şəxslər nəzarət altında fəaliyyət göstərməlidir. Onlar üçün evlər, yaxud kampuslar tikilməldir.

Qumral