Həbs edilən baş redaktora elan olunan ittiham AÇIQLANDI
    • 21-11-2023, 14:27
    • 422

Həbs edilən baş redaktora elan olunan ittiham AÇIQLANDI

Sevinc Vaqifqizi Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsiylə ittiham olunur.

News24.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya Sevinc Vaqifqızının yaxınları məlumat verib.

Barəsində bu gün Xətai Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçiləcəyi gözlənilir.

Xatırladaq ki, Sevinc Vaqifqızı xaricdən qayıdarkən hava limanında saxlanılıb, daha sonra evində axtarış aparılıb.

Qeyd edək ki, ötən gün eyni saytın direktoru Ülvi Həsənli də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.