-
- 21-11-2023, 23:57
- 315
Dayısının milyonlarını "yeyən" bəraət ALDI
Dayısını aldadıb 1 milyondan çox pulunu ələ keçirməkdə təqsirli bilinərək 6 il 6 ay müddətə azadlıqdan məhrum edilmiş Orxan Məhərrəmovun şikayəti təmin edilib.
News24.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi cinayət işini hərtərəfli araşdırdıqdan sonra müttəhimin günahsız olduğu qənaətinə gəlib.
Elbəy Allahverdiyevin sədrlik etdiyi hakimlər heyətinin qərarı ilə O.Məhərrəmova bəraət verilib. O, məhkəmə zalından birbaşa azadlığa buraxılıb.
Qeyd edək ki, Orxan Məhərrəmov dayısı Amil Əliyevin 1 milyon 400 min manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinərək 6 il 6 ay müddətə azadlıqdan məhrum edilmişdi.