ABŞ-də müəllimin şagirdlərlə nalayiq davranışı üzə çıxdı - 40 il həbs gözləyir

ABŞ-də müəllimin şagirdlərlə nalayiq davranışı üzə çıxdı - 40 il həbs gözləyir Dünya

ABŞ-nin Viskonsin ştatında 22 yaşlı qadın müəllim iki azyaşlı şagirdinə təcavüz edib.

News24.az xəbər verir ki, O-Kler şəhərindəki məktəblərdən birində dərs deyən Nadya Horn martın 25-də hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Hadisə digər məktəb əməkdaşlarının müəllimin şagirdlərlə həddindən artıq yaxın və nalayiq davranışlarından şübhələnərək polisə müraciət etməsindən sonra üzə çıxıb. Aparılan araşdırmalar zamanı Hornun iki 16 yaşlı yeniyetmə ilə cinsi əlaqədə olduğu məlum olub.

İstintaq zamanı müəllim cinayətini etiraf edərək, şagirdlərdən biri ilə üç dəfə cinsi əlaqədə olduğunu bildirib. Zərərçəkmişlərdən biri bildirib ki, müəllim həmyaşıdı ilə cinsi əlaqədə olarkən o da eyni otaqda olub.

Dindirilmə zamanı Nadya Horn "səhv etdiyini" boynuna alsa da, cinsi əlaqənin "qarşılıqlı razılıq" əsasında baş verdiyini iddia edərək özünü müdafiə etməyə çalışıb. Lakin qanunvericiliyə görə, yetkinlik yaşına çatmayanlarla bu növ əlaqə ağır cinayət hesab olunur. Əgər məhkəmə Hornu bütün maddələr üzrə təqsirli bilərsə, gənc qadını 40 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.