TƏCİLİ!!! "ATV" Çingiz Abdullayevə görə aparıcını CƏZALANDIRDI
    • 22-11-2023, 17:41
    • 3 590

TƏCİLİ!!! "ATV" Çingiz Abdullayevə görə aparıcını CƏZALANDIRDI

Xəbər verdiyimiz kimi, xalq yazıçısı Çingiz Abdullayev "ATV" telekanalını məhkəməyə verməyə hazırlaşır. Buna səbəb bir müddət əvvəl "ATV" telekanalının efirində yayımlanan “Xəbərin olsun” verilişinin aparıcısı Kubra Məhərrəmovanın Çingiz Abdullayevin əsərlərini “zir-zibil” adlandırmasıdır.

News24.az xəbər verir ki, məsələ ilə bağlı bizim.media-ya açıqlama verən "ATV" telekanalının mətbuat katibi Ozal İbrahimli bildirib ki, hadisə ilə bağlı aparıcı Kübra Məhərrəmovaya ciddi xəbərdarlıq edilib:

“Sözügedən ifadənin səsləndiyi verilişdən dərhal sonra kanal rəhbərliyi aparıcılar və redaksiya heyəti ilə iclas keçirib. Qeyd edilən ifadəni işlədən aparıcıya rəsmi şəkildə ciddi xəbərdarlıq edilib”.