-
- 22-11-2023, 20:59
- 207
Bakıda iki qız analarının sevgilisini təqib etdi - FİLM KİMİ HADİSƏ
Bir neçə gün əvvəl Bakı şəhər Nizami rayonu ərazisində - Metropoliteninin “Neftçilər” stansiyasının yaxınlığında insident baş verib.
News24.az Publika.az-a istinadla bildirir ki, bir neçə qızla Kürdəmir rayon Sor-Sor kənd sakini, 1990-cı il təvəllüdlü Mehman Xəlilov (soyad şərtidir) arasındakı dava-dalaş olub. Belə ki, gənc qızlar Mehmandan onların anasından uzaq durmasını tələb edib. Daha sonra onlar Mehman barəsində polisə şikayət ediblər. Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə dəvət edilən Mehman saxlanılıb və barəsində xırda xuliqanlıq əməli ilə bağlı protokol tərtib edilib.
O, bildirib ki, həmin qızların anası Sevinclə sevgili olub və qadının qızları onu təqib edib:
“Sevinclə “Tik-tok” sosial şəbəkəsində tanış olmuşam. Tanışlığa səbəb Sevincin ayağımda olan problemlərə görə mənə kömək edəcəyinə söz verməsi olub. Mənim ayağımda sümük çürüməsi problemi olduğu üçün Sevinc özünü tibb işçisi kimi təqdim edib məni əməliyyat edəcəyinə söz vermişdi. Buna görə də rayondan Bakıya gəldim və Sevinc ilə görüşdüm. Sevinc mənə əməliyyatımı və bütün müalicəmi icbari tibbi sığorta ilə etdirəcəyini bildirdi və 2000 manat pul istədi. Həmin pulu “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən evində Sevincə verdim. Bir müddət sonra “Neftçilər” xəstəxanasında əməliyyat olundum. Bundan sonra Sevinclə aramda münasibət yarandı, ona kirayə ev tutaraq birlikdə yaşamağı təklif etdim, o da razılıq verdi. Bir müddət birlikdə yaşadıq, sonradan Sevincə verdiyim borc üstündə münasibətlərimiz pozuldu. Sevinc qızlarını bəhanə gətirərək məni yaşadığımız evdən çıxardı. Mən qardaşımın yaşadığı evin yaxınlığında ev tutaraq orada yaşamağa başladım. Bir müddət sonra Sevinc mənimlə əlaqə saxlayaraq qızlarından xəbərsiz görüşməyi təklif etdi və razılaşdıq. Hadisə baş verən gün isə Sevinc işdən çıxdığı saatı mənə bildirdi. Lakin qızlarının onu güddüyünü deyərək ehtiyatlı olmağımı xahiş etdi. Mən “Neftçilər” metrostansiyasının yaxınlığında duran zaman Sevinc metrodan çıxdı və görüşüb söhbətləşməyə başladıq. Bu zaman Sevincin qızları bizi gördü və mən dərhal oradan uzaqlaşdım. Qızlar arxamca qaçaraq məni təqib etməyə, telefonla çəkməyə başladılar. Analarından uzaq durmamı tələb edərək məni təhqir edirdilər. Əslində isə mən onları söyməmişəm, onlar məni təhqir ediblər”.
Polisdə barəsində inzibati protokol tərtib edilən 33 yaşlı Kürdəmir sakini Nizami Rayon Məhkəməsinə göndərilib. Məhkəmə onu 100 manat cərimə edərək sərbəst buraxıb.