-
- 23-11-2023, 10:51
- 205
"Nəqliyyat-logistika şəbəkəsinin inkişafına diqqət ayrılmalıdır"
"Xəzərdəki limanlarımız "Orta dəhliz" nəqliyyat şəbəkəsinij böyük bir hissəsidir".
News24.az xəbər verir ki, bunu SPECA Rəhbər Şurasının 18-ci sessiyasında iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
O deyib ki, 1992-ci ildən BMT-nin aktiv üzvünə çevrilən Azərbaycan bundan sonra bir neçə beynəlxalq təşkilata qoşularaq, əlaqələrini daha da genişləndirib:
"Azərbaycan birmənalı olaraq Avropa və Asiya qitələrində öz önəmini göstərib. Qoşulmama Hərəkatına sədrlik edən ölkəmiz çox regional və beynəlxalq təşkilatların üzvü olmaqla, bu təşkilatların fəaliyyətində aktiv formada iştirak edir. 1998-ci ildə təsis olunan SPECA hər iki qitə ilə əlaqəsi olan əhəmiyyətli bir proqramdır. Hesab edirik ki, bu proqram aktiv şəkildə inkişaf edir. Bu proqramın əsas tərəflərindən biri regional tərəfdaşlıqdır. Bu gün bir sıra SPECA ölkələri açıq çağırışlarıa üzləşir. Təşkilata üzv ölkələrin açıq dənizə çıxışının olmaması onların qarşısında bir sıra çətinliklər yaradır. Biz bir-birimizə bir sıra tarixi-mədəni köklərlə bağlıyıq. Bizim əsas prioritetlərimiz qarşılıqlı ticarətin inkişafıdır. Bu məqsədlə nəqliyyat-logistika şəbəkəsinin inkişafına diqqət ayrılmalıdır. Azərbaycanın Xəzər dənizindəki limanları "Orta dəhliz" adlandırdığımız nəqliyyat yolunun böyük bir hissəsidir. Biz regional tərəfdaşlarımızı da bu şəbəkəyə qoşulmağa dəvət edirik"