"Azərbaycan 30 il suverenliyinin pozulmasından əziyyət çəkib"
    • 23-11-2023, 11:07
    • 142

"Azərbaycan 30 il suverenliyinin pozulmasından əziyyət çəkib"

"İşğaldan azad olunan ərazilərin bərpasına dövlət büdcəsindən 7 milyard manatdan artıq vəsait xərclənib".

News24.az-ın məlumatına görə, SPECA Nazirlər Şurasının 18-ci Sessiyasında iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib:

"Azərbaycan 30 il suverenliyinin pozulmasından əziyyət çəkib. Hazırda ölkəmiz işğaldan azad edilmiş ərazilərinə investisiya yatırır. Növbəti mərhələdə isə bu məqsədlə yenidən vəsait ayrılması nəzərdə tutulur. SPECA ölkəsi olan Özbəkistan həmin ərazilərdə məktəb inşa edib. Digər ölkələrin də fəaliyyətini yüksək qiymətləndiririk".

Fərid Azəri