"Biz bir çox sahələrdə mühüm irəliləyiş əldə edə bilərik"
    • 23-11-2023, 11:25
    • 125

"Biz bir çox sahələrdə mühüm irəliləyiş əldə edə bilərik"

Tacikistan SPECA çərçivəsində konkret birgə sərmayə layihələrinin icrasını təklif edib.

News24.az xəbər verir ki, bu təkliflə SPECA Tacikistanın iqtisadiyyat və ticarət naziri Zavki Zavkizoda çıxış edib.

O bildirib ki, ölkəsi analoji inkişaf platformasını SPECA dövlətlərinin inkişafında önəmli hesab edir:

"Biz düşünürük  ki, sözü gedən platforma ölkələrimizin inkişafında mühüm prioritet olmaqla yanaşı, həm də inkişafı və sərmayə mübadiləsini daha da sürətləndirəcək. Bu gün ölkələrimizin çox münbit inkişaf potensialı var. Energetika, nəqliyyat və logistika da daxil olmaqla, biz bir çox sahələrdə mühüm irəliləyiş əldə edə bilərik. Təbii ki, ticarət dövriyyəsinin artırılmasını da dayanıqlı inkişafməqsədlərindən mühümü hesab edirik".

Fərid Azəri