"Bu hadisəni yada salanda ürəyim bulanır..." - Çingiz Abdullayev -  FOTO
    • 23-11-2023, 17:33
    • 429

"Bu hadisəni yada salanda ürəyim bulanır..." - Çingiz Abdullayev - FOTO

Xəbər verdiyimiz kimi, Xalq yazıçısı Çingiz Abdullayev ATV telekanalını məhkəməyə verməyə hazırlaşır. Buna səbəb kanalda yayımlanan “Xəbərin olsun” verilişinin aparıcısı Kubra Məhərrəmovanın sözləri olub. Aparıcı Ç.Abdullayevin əsərlərini “zir-zibil” adlandırıb.

Bununla bağlı Çingiz Abdullayev sosial şəbəkə hesabında paylaşım edib. 

News24.az sözügedən paylaşımı təqdim edir: 

"Əziz dostlar, həmkarlar, oxucular! Mənimlə bağlı bu hadisəyə görə təəssüflənməyin. Aparıcı öz ağlını, tərbiyəsini, savadını, biliyini göstərdi. Kanal öz mövqeyini əla göstərdi. Bu hadisəni yada salanda mənim ürəyim bulanır. Mən məhkəməni udacağımı bilirəm. Bu jurnalistin oğlu var. O, böyüyəndə anası haqqında olanları eşidəndə utanacaq. Mənim oxucularım müraciət edərək bu kütlə ilə məhkəmədə çəkişməməyi xahiş edirlər. Ancaq bu, lazımdır. Qoy bundan sonra pis sözləri deməyə, yazmağa davam etsinlər. Bu, onların yeganə sevincidir".

Qumral