ATV-nin əvəzinə "Space" Çingiz Abdullayevdən üzr istədi - VİDEO
    • 23-11-2023, 18:13
    • 266

ATV-nin əvəzinə "Space" Çingiz Abdullayevdən üzr istədi - VİDEO

"Space" televiziyasının "Səhərin statusu" layihəsinın aparıcısı Murad Əzimzadə yazıçı Çingiz Abdullayevdən üzr istəyib.

News24.az Bakupost.az-a istinadən xəbər verir ki, o, bu barədə aparıcısı olduğu verilişdə bildirib.

"Üzümü Çingiz Abdullayevə tuturam. Çingiz müəllim, həmkarlarımız nəsə söz deyə və bu sizin xətrinizə dəyə bilər. Bu, bütün medianın sözü deyil. Bir jurnalistin, bir həmkarımızın sözü bütün medianın sözü ola bilməz. ATV bizə dost-doğma, qardaş kanaldır. Mən yaxın bir aya qədər ATV-də çalışırdım. Ona görə də orda baş verən hadisələrə görə, yeri gəlsə, bütün həmkarlarımın adından sizdən üzr istəyirəm. Çünki siz dövlətini, xalqını sevən yazıçısınız və mən buna görə Sizdən xətrinizə dəyən məsələyə görə üzr istəməyə hazlram", - teleaparıcı bildirib.