“Bu yaşımda o qıza vurulmuşam” - Çingiz Abdullayev
    • 24-11-2023, 11:53
    • 1 612

“Bu yaşımda o qıza vurulmuşam” - Çingiz Abdullayev

“İnandırım sizi ki, indi vurulmuşam o qıza...Mən deyəndə ki, bu yaşımda bir qızı sevirəm. Hamı məndən soruşur ki, adını de... O, mənim nəvəmdi”.

News24.az Bizim.Media-ya istinadla xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Xalq yazıçısı Çingiz Abdullayev ölkədə qız uşaqlarına ögey münasibətə həsr olunmuş "YAŞADAQ. Ümid qanadları" adlı layihənin təqdimat mərasimində çıxışı zamanı deyib.

 O, uşaqları cinsinə görə abort eləməyin Allaha və təbiətə qarşı olduğunu vurğulayıb:

“Mənə selektiv abortlara görə Azərbaycanın birinci yerdə olduğunu dedilər. Biz qızları daha çox öldürürük. Əgər siz Allaha inanırsınızsa, bu, Allahsız bir işdir, əgər təbiətə inanırsınızsa, bu, təbiətə qarşıdır”. 

Yazıçı hesab edir ki, valideynlər qızı olduqlarına görə xoşbəxt olmalıdırlar:

“Hədislərdə də yazılıb ki, üç qızı olan cənnətdə olacaq. Mənim fikrimə görə, üç qızı olan ata orada yox, burada cənnətdə yaşayır. Hər şey ailədən başlayır. Qız olanda fikirləşirik ki, oğlanı xaricə oxumağa göndərərik, amma qızı lazım deyil. 

Beləliklə, ailədə oğlanın xüsusi yeri olur. Bu cür tərbiyə verəndə, onlar da böyüyəndə eyni cür düşünəcəklər. Əziz kişilər, sizin uşaqlarınıza ağıl anadan keçir, sizdən yox. Harada analar təhsillidir, orada uşaqlar daha yaxşı oxuyurlar. Bu, sübut olunan faktdır”.