-
- 24-11-2023, 12:24
- 179
Prokurorluq Zaqataladakı qətllə bağlı MƏLUMAT YAYDI
Noyabrın 24-ü saat 9 radələrində Zaqatala şəhəri ərazisində 1989-cu il təvəllüdlü Aygün Həşimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə News24.az-a rayon prokurorluğundan məlumat verilib.
Araşdırmalarla 1991-ci il təvəllüdlü Əli Səfərovun şəhərin Həzi Alsanov küçəsində şəxsi münasibətlər zəminində Aygün Həşimovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Əli Səfərov şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.