Paşinyandan Moskvaya təklif: Qaytarmırsınızsa, borcdan silin
    • 24-11-2023, 22:20
    • 174

Paşinyandan Moskvaya təklif: Qaytarmırsınızsa, borcdan silin

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın, Moskvanın tədarük etmədiyi silahlara görə ödədiyi pulu ölkənin Rusiyaya olan borcundan çıxmağı təklif edib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb.

“Variantlardan biri Ermənistan Respublikasının Rusiya Federasiyasına olan borcundan silaha görə ödənilən məbləğin tutulması ola bilər. Bu, yeganə variant deyil, variantlardan biridir”, - deyə Paşinyan bildirib.

Qeyd edək ki, Paşinyan bir müddət əvvəl bildirmişdi ki, Ermənistan silah üçün pul ödəsə də, Moskva nə silahı göndərir, nə də pulu qaytarır.