Paşinyan koronavirusa yoluxub
    • 26-01-2022, 12:31
    • 552

Paşinyan koronavirusa yoluxub

Ermənistanın Baş naziri Nikol Paşinyan koronavirusa yoluxub.

News24.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir: "Baş nazir Nikol Paşinyan koronavirus testindən keçib, nəticəsi müsbət çıxıb. O, müəyyən edilmiş qaydada özünü təcrid edib. Xəstəlik simptomsuz davam edir".

Bildirilib ki, Nikol Paşinyan fəaliyyətini distant formada davam etdirəcək.

Qeyd edək ki, Paşinyan 2020-ci ilin iyununda da COVID-19-a yoluxub.