Küsülü müğənnilər toyda elə hərəkət etdilər ki... - VİDEO
Şou
Bir zamanlar aralarından su keçməyən, indi isə küsüb duet ortaqlığını bitirən müğənnilər yenidən bir araya gəlmək məcburiyyətində qalıblar.
News24.az Milli.Az-a istinadla bildirir ki, toy məclislərinin birində Zeynəb Həsəni və Nəfəs eyni səhnəni bölüşüblər.
Belə ki, sənətçilər duet oxumaqları üçün səhnəyə dəvət olunublar. Bu zaman onların qaş-qabaqlarının yer süpürməsi diqqətdən qaçmayıb.
Aparıcının sülh yaratma istəyinə baxmayaraq müğənnilər gərgin halda ifalarına davam ediblər.
Həmin kadrları təqdim edirik: