SON DƏQİQƏ! Uğur Şahin dünyanın ümidlə gözlədiyi XƏBƏRİ AÇIQLADI: 2030-cu ildə...
    • 26-11-2023, 13:39
    • 1 025

SON DƏQİQƏ! Uğur Şahin dünyanın ümidlə gözlədiyi XƏBƏRİ AÇIQLADI: 2030-cu ildə...

Korona peyvəndi istehsal edən BioNTech-in qurucusu Uğur Şahin şirkətin xərçəng xəstəliyi ilə bağlı apardığı araşdırmalardan danışıb.

News24.az Musavat.com-a istinadla xəbər verir ki, alman mətbuatına açıqlama verən Şahin xərçəng peyvəndinin hazırlanacağı tarixi açıqlayıb.

O 2025-2029-cu illər arasında bir sıra digər terapevtik yanaşmalar üçün tədqiqat məlumatları əldə etməyi planlaşdırdıqlarını deyib.

Şahin ümid edir ki, xərçəngə qarşı ilk fərdiləşdirilmiş mRNT əsaslı peyvəndlər 2030-cu ildən əvvəl təsdiq oluna bilər. (mRNT və ya məlumat RNT-si - canlı hüceyrələrdə zülal sintezi üçün lazım olan informasiyanı DNT-dən alaraq ribosoma daşıyan RNT tipidir - red.)

"Xəstədən qan və şiş nümunələri alınır və 4 həftə sonra fərdi peyvənd edilir. İldə 100 deyil, on minlərlə xəstə üçün bunu etmək olar" - şirkət rəhbəri qeyd edib.

Oktyabr ayında şirkət mRNT əsaslı xərçəng peyvəndi və CAR T hüceyrə terapiyasının birləşməsinin ilk klinik sınaqlarının nəticələrini açıqlayıb. Demək olar ki, bütün xəstələrdə şişlərin böyüməsi dayanıb və təxminən üçdə ikisində şişlər kiçilib.

"Bu peyvənd immun sistemini "xüsusi döyüşçülərdən ibarət bir ordu" ilə şişi tapıb məhv etməyə məcbur etmək potensialına malikdir" - Şahin bildirib.