Rusiyadan sərt sözlər: - "HƏMAS-ın başını kəsməklə.."
Dünya
“ABŞ-ın Fələstin düyününü birtərəfli şəkildə açmaq istəyi və dağıdıcı siyasəti Fələstin-İsrail münasibətlərində kəskin böhrana səbəb olub. Münaqişənin heç zaman bitməyəcəyi ilk gündən məlum idi”.
News24.az “TASS”a istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
ABŞ-ı Fələstin-İsrail münaqişəsinin gərginləşməsinə səbəb olan destruktiv siyasət yürütməkdə ittiham edib.
“Bu faciəli hadisələr, nəhəng humanitar fəlakətin baş verməsi ona gətirib çıxarır ki, ABŞ və Qərb mənəvi nüfuzunu itirir”, - Uşakov bildirib.
Onun sözlərinə görə, bu konkret nümunə Yaxın Şərqin öz suverenliyini, müstəqilliyini və sivilizasiya varlığını gücləndirmək istəyini nümayiş etdirir:
“Hətta HƏMAS-ın başını kəsməklə, Qəzza zolağını qan içində boğmaqla belə, çətin ki, İsrailin təhlükəsizliyini təmin etmək mümkün olsun. Bir müddət sonra nifrət və terror dalğası yenidən başlaya bilər, bunu istisna etmək olmaz”.
Ayşən