7 ədəd sənədsiz silah təhvil verildi
    • 27-11-2023, 14:55
    • 111

7 ədəd sənədsiz silah təhvil verildi

Xaçmaz polisinə bugün 7 ədəd sənədsiz silah təhvil verilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan News24.az-a verilən məlumata görə,  Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib. Qeyd olunan tədbirlər zamanı bu gün ərzində polis əməkdaşları tərəfindən 7 ədəd müxtəlif növ tüfəng təhvil götürülüb.

Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.