Prokurorluq Bakıda məktəblinin xəsarət alması faktını araşdırır - FOTO
    • 27-11-2023, 15:27
    • 130

Prokurorluq Bakıda məktəblinin xəsarət alması faktını araşdırır - FOTO

Paytaxtın Sabunçu rayonunda yerləşən 90 nömrəli tam orta məktəbdə 2-ci sinif şagirdinin xəsarət alması faktı üzrə Sabunçu rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

News24.az xəbər verir ki, bu barədə informasiyanı Baş Prokurorluğun mətbuat xidməti yayıb.

Mənbə qeyd edir ki, hadisənin səbəbi və baş vermə şəraiti ətraflı araşdırılmaqla, nəticədən asılı olaraq müvafiq qərarın qəbul olunması təmin ediləcək.