Separatçılar atəş açdı: - ŞƏHİD VƏ YARALILAR VAR

Separatçılar atəş açdı: - ŞƏHİD VƏ YARALILAR VAR Dünya

İraqın şimalında türk əsgərlərinə qarşı silahlı hücum həyata keçirilib.

News24.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Pəncə-Kilit əməliyyatı bölgəsində separatçı terror təşkilatı üzvlərinin hücumu nəticəsində iki hərbçimiz şəhid olub, daha iki hərbçimiz isə xəstəxanaya yerləşdirilib”, - deyə məlumatda bildirilir.

İdarə hazırda bölgədə əməliyyatın davam etdiyini vurğulayıb.

Ayşən