-
- 27-11-2023, 17:36
- 726
Pensiya yaşı ilə bağlı nazirdən MÜHÜM AÇIQLAMA
“Pensiya yaşı məsələsi çox qaldırılır”.
News24.az APA-ya istinad xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, bu gün Azərbaycanda pensiya yaşı kişilər üçün 65, qadınlar üçün 63-dür:
“Biz Milli Məclisə nazirliyin fəaliyyətinə dair hesabat təqdim edirik. Bu gün Azərbaycanda median pensiya 360 manata çatıb. Bu isə median əməkhaqqının 70 faizindən azdır. Məbləğ olaraq götürəndə artım son 4 il ərzində 2,5 dəfədir. Kifayət qədər ciddi artım var. Orta pensiya məbləği üçün rəqəmlər də açıqlanıb. Cari il üçün 483 manat, növbəti il üçün yaşa görə pensiya 516 manat proqnozlaşdırılır. Median pensiya nəyə görə orta pensiyadan aşağıdır? Bu əməkhaqqı sistemində də, pensiya sistemində də eynidir”.
Nazir median pensiyanın orta pensiyadan aşağı olmasına da aydınlıq gətirib. O deyib ki, bu, əməkhaqqı sistemində də, pensiya sistemində də eynidir:
“Əməkhaqqı sistemində əməkhaqqı alanların böyük hissəsi məhz aşağı ixtisaslı yerləşdiyinə görə daha aşağı əməkhaqqı alır. Median pensiya və median orta əməkhaqqı ilə orta pensiya, orta əməkhaqqı fərqlidir. Median ən yuxarı alandan ən aşağı alana qədər sıraya düzülür və ən ortadakı adam götürülür. Median dünyanın əksər ölkələrində orta pensiyadan aşağıdır. Amma məsələ nə qədər aşağı olmasıdır. Bizdəki göstərici kifayət qədər yaxşı görünür.