"Zelenski gedəcək əvəzinə isə..." Şok PROQNOZ
    • 27-11-2023, 18:16
    • 181

"Zelenski gedəcək əvəzinə isə..." Şok PROQNOZ

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı, general Valeri Zalujnı bu ölkənin növbəti prezidenti olacaq”.

News24.az xəbər verir ki, bu barədə ukraynalı astroloq Vlad Ross bildirib.

“Prezidentliyə gəlincə, indiyədək on il bu vəzifədə olan yeganə şəxs Kuçmadır. Çünki onun rəqibi kommunist idi. İkinci turda heç kim kommunist seçmək istəmədi, ona görə də Kuçma seçildi. Qalanların hamısı beş il qaldı, Vladimir Zelenski də istisna deyil. Mən artıq demişəm ki, növbəti prezident Valeri Zalujnı olacaq”, - Ross bildirib.

Rossun sözlərinə görə, Zelenski yenidən namizədliyini irəli sürsə, Zalujnı ona tabe olacaq.

Ayşən