Rasim Balayev dəfn edildi - Yeniləndi - FOTO - VİDEO
Gündəm
Xalq artisti Rasim Balayevlə Akademik Milli Dram Teatrında vida mərasimi keçirilir.
News24.az xəbər verir ki, vida mərasimində aktyorun ailə üzvləri, sənət dostları, mədəni-ictimai xadimlər və media nümayəndələri iştirak edirlər.
Xatırladaq ki, Rasim Balayev ötən gün İstanbulda müalicə aldığı xəstəxanada vəfat edib. Onun cənazəsi gecə saatlarında Bakıya gətirilib.
Xalq artisti Birinci Fəxri xiyabanda dəfn olunacaq.
Xalq artisti Rasim Balayevlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında vida mərasimi keçirilib.
News24.az xəbər verir ki, mərasimdə ölkənin ədəbi-ictimai xadimləri, dövlət, hökumət nümayəndələri, media nümayəndələri iştirak ediblər.
Xalq artisti I Fəxri Xiyabanda dəfn ediləcək.
Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub.
News24.az xəbər verir ki, mərhum sənətkarla əvvəlcə Akademik Milli Dram Teatrında vida mərasimi keçirilib.
Ardınca Xalq artistinin nəşi Birinci Fəxri xiyabana aparılaraq torpağa tapşırılıb.


