Məşhur teleaparıcı vəfat etdi - FOTO
    • 28-11-2023, 12:16
    • 369

Məşhur teleaparıcı vəfat etdi - FOTO

Məşhur braziliyalı teleaparıcı Eleyn Santos hamiləliyin 23-cü həftəsində pnevmoniyadan dünyasını dəyişib.

News24.az xəbər verir ki, bu barədə "Canção Nova" kanalı məlumat yayıb.

Bildirilib ki, 38 yaşlı teleaparıcı sətəlcəm səbəbiylə tənəffüs çatışmazlığından əziyyət çəkirdi. O, bazar ertəsi səhər xəstəxanaya yerləşdirilib və Santosun vəziyyəti anidən pisləşib.

Nəticədə həkimlər qadını xilas edə bilməyiblər.

Qeyd edək ki, Santos kanalda karyerasına 2008-ci ildə başlayıb. 2019-cu ildə ən yaxşı reportaj üçün Jurnalistika Mükafatını qazanıb. 

Nəzrin