Erməni blogerdən Qarabağ və Xankəndi ilə bağlı ETİRAF
    • 28-11-2023, 23:11
    • 301

Erməni blogerdən Qarabağ və Xankəndi ilə bağlı ETİRAF

Xəbər verdiyimiz kimi, tanınmış erməni bloger Natali Aleksanyan "TV Musavat"ın efirində aparıcı Sevinc Telmanqızının moderatorluğu ilə baş tutan "Canlı Debat" verilişinin qonağı olub.

News24.az xəbər verir ki, canlı efir zamanı Youtube və Facebook üzərindən verilişi izləyən tamaşaçılar Natali Aleksanyanın debat zamanı "Artsax" ifadəsini işlədib-işlətmədiyi barədə sual veriblər.

Erməni bloger isə "Artsax" və "Stepanakert" ifadələrini işlətmədiyini, bu torpaqların Qarabağ və Xankəndi adlandığını deyib.