Fələstin rəsmisi: - "İsrail hazırdırsa, hazırıq"
Dünya
“İsrail bütün əsirlərimizi azad etməyə hazırdırsa, biz də hazırıq”.
News24.az xəbər verir ki, bu barədə Fələstinin “İslami Cihad” Hərəkatı liderinin müavini Məhəmməd əl-Hindi deyib.
Hərəkat rəsmisi İsraillə HƏMAS arasında əsir mübadiləsi ilə bağlı açıqlama verib: “İslami Cihad”ın hərbi qanadı “Qüds” briqadası israilli mülki əsirləri, əsasən qadın və uşaqları təhvil verib”.
Onun sözlərinə görə, hər iki tərəfdən hamıya qarşı hamı prinsipini qəbul edə bilərlər.
“İsrail bütün əsirlərimizi azad etməyə hazırdırsa, biz də hazırıq”, - əl-Hindi bildirib.
Ayşən