Rusiya xəbərdarlıq etdi:
    • 29-11-2023, 17:05
    • 225

Rusiya xəbərdarlıq etdi: "NATO ilə müharibəyə hazırıq"

“Rusiya ilə NATO arasında silahlı münaqişə istisna edilmir, onun başlanıb-başlamaması Şimali Atlantika Alyansından asılıdır”.

News24.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “İzvestiya”ya müsahibəsində bildirib.

“Bu [Rusiya ilə NATO arasında silahlı münaqişə] Şimali Atlantika Alyansından asılıdır. Seçim tamamilə NATO-nun tərəfindədir. Biz, artıq göstərildiyi kimi, əlimizdə olan bütün vasitələrlə milli maraqlarımızı qorumağa hazırıq”, - deyə Ryabkov bildirib.

Onun sözlərinə görə, Rusiya ilə NATO arasında münasibətlərin yaxın gələcəkdə bərpa olunacağı ehtimalı yoxdur. 

“O, həm fundamental, həm də praktiki səbəblərə görə istisnadır. Əgər Qərbdə kimsə düşünürsə ki, o münasibətlər bizə lazımdır və nə vaxtsa gəlib onları bərpa etməyi xahiş edəcəyik, bu, böyük səhvdir”.

Ayşən