Şəbnəmdən modelyerə SƏRT İSMARIC - VİDEO
    • 29-11-2023, 17:30
    • 583

Şəbnəmdən modelyerə SƏRT İSMARIC - VİDEO

Müğənni Şəbnəm Tovuzlu modelyer Şəlalə Maqsudovanın ATV-də səhər verilişində onun geyimini tənqid etməsinə münasibət bildirib. 

RTV-yə açıqlama verən ifaçının prodüseri Şəhanə xanım qeyd edib ki, Şəbnəm Tovuzlu Şəlalə Maqsudovanı tanımır: 

“Şəbnəm xanım üçün Şəlalə Maqsudova dəfələrlə zəng edib, onun atelyesinə getməyini istəyib. Amma Şəbnəm xanım onun işlərini bəyənmir. Köhnə, modası keçmiş geyimlər hazırlayır.  Bu səbəbdən Şəbnəm xanım onun yanına getməkdən imtina edib. Biz başa düşmürük. Son zamanlar hamı Şəbnəm Tovuzlunun adını çəkərək gündəmə gəlir. Bu qədərmi reytinqə ehtiyacları var? Bir sözlə, onun fikirləri önəmli deyil”. 

Qeyd edək ki, modelyer proqramda bu sözləri deyib: "Vücudunu tanımır. Türkiyədə bir verilişə qatılmışdı, görəndə utandım. Onu tamam fərqli geyindirərdim. Şalvar və köynək geyinmişdi. Belə bədən quruluşu olana dar  şalvar olmaz. Çox gülünc görünürdü".

Könül İbrahim