Elmar Məmmədyarov Sergey Lavrovla görüşüb
    • 5-04-2019, 18:54
    • 1 364

Elmar Məmmədyarov Sergey Lavrovla görüşüb

Aprelin 5-də Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edən Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə ikitərəfli görüş keçirib. XİN-dən News24.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Rusiya arasında siyasi dialoqun və çoxşaxəli əməkdaşlığın yüksək səviyyədə olduğundan məmnunluq ifadə edilib. Eləcə də qarşılıqlı maraq doğuran məsələlərə toxunulub.