FHN zəlzələ ilə bağlı açıqlama yaydı
    • 29-11-2023, 21:15
    • 646

FHN zəlzələ ilə bağlı açıqlama yaydı

Fövqəladə Hallar Nazirliyi Azərbaycanda baş verən zəlzələ barədə açıqlama yayıb.

FHN Mətbuat xidmətindən News24.az-a bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, bu gün yerli vaxtla saat 19:49-da Mingəçevir ərazisində 4.5 maqnituda zəlzələ qeydə alınıb.

Qeyd olunub ki, zəlzələ Mingəçevir, Gəncə, Yevlax və Goranboy ərazilərində 4-3 bala qədər hiss olunub.

"Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb", - məlumatda deyilir.