Nazarbayevdən ŞOK ETİRAF:
    • 30-11-2023, 11:01
    • 317

Nazarbayevdən ŞOK ETİRAF: "İkinci arvadım var"

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev “Mənim həyatım” adlı xatirələr kitabında həm şəxsi həyatı, həm siyasi fəaliyyəti barədə etiraflar yer alıb.

News24.az Qazaxıstanın Orda.kz portalına istinadən xəbər verir ki, satışa çıxarılmayan kitab hələlik siyasətçilər, ekspertlər və jurnalistlər tərəfindən alınıb.

Eyni zamanda Nazarbayev sözügedən kitabda ikinci ailəsi olduğunu etiraf edib. O, Asel İsabayeva və iki oğlu ilə bağlı etiraflar edib.

Nazarbayev müsəlman adətinə görə evləndiyini və bu evlilikdən iki oğlu olduğunu deyib.

Eks-prezidentin 1962-ci ildə ailə qurduğu həyat yoldaşı Sara Nazarbayevanın da ərinin ikinci arvadı və uşaqları haqda məlumatı olub.

Qeyd edək ki, Qazaxıstanın keşmiş rəhbəri Elbasının ondan başqa sevgi məcaraları da olub. 

Bir zamanlar həbs etdiyi keçmiş. kürəkəni Rahat Əliyev isə iddia edir ki, prezidentin uzunmüddətli münasibətdə olduğu Gülnarə Rakişeva adlı stüardessa ona iki qız dünyaya gətirib və indi Qərbdə yaşayır: 

“O, fəal şəkildə kadr məsələlərini də həll edirdi. Gülnarə hətta öz atasını, adi podpolkovniki müdafiə nazirinin müavini təyin etdirmişdi. O, prezidenti məcbur etmişdi ki, atasını müxtəlif hökumət mükafatları ilə təltif etsin, hətta general rütbəsi versin".

Budan başqa Nazarbayev Çində olarkən qazax əsilli bir müğənnini görür, onu Kanat Saudabayevlə birgə Qazaxıstana gətirir. Onun ərinə Almatıda hansısa klub inşa edirlər. Müğənniyə isə bir neçə mənzil ayırırlar. Bu müddətdə onun digər qadınlarla yanaşı, həmin müğənni ilə də münasibəti olur. Mükafatlandırır, xalq artisti adı verir. Sonra fransalı senator dostuna Parisdə tapşırıq verir: onu Parisdə operaya işə düzəldirlər.